Sentyabrın 10-da Yer kürəsində orta maqnit qasırğası gözlənilir.
Lent.az xəbər verir ki, proqnozlara görə, axşam saat 7-dən sonra başlayacaq və sentyabrın 11-i günortaya qədər davam edəcək. Qasırğanın G1 və G2 səviyyələrinə çatacağı ilə bağlı xəbərdarlıq da edilib.
Eyni zamanda, mütəxəssislərin qeyd etdiyi kimi, ilk geomaqnit pozuntuları artıq sentyabrın 10-u günortadan sonra hiss olunmağa başlayacaq.
Bu dövrdə xroniki və ürək-damar sistemi xəstəlikləri, həmçinin aşağı təzyiq, anemiya, bronxial astma və köhnə zədələri olan insanlar özlərini pis hiss edə bilər. Ənənəvi olaraq onların rifahını izləmək, yuxu və iş rejiminə riayət etmək tövsiyə olunur.