Lisey və gimnaziyalara qəbul nəticələri AÇIQLANDI
07 iyul 2022 12:41 (UTC +04:00)

Lisey və gimnaziyalara qəbul nəticələri AÇIQLANDI

2022-2023-cü tədris ili üzrə mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub. 

DİM-dən Lent.az-a verilən məlumata görə, nəticələrlə şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) şəxsi kabinetə daxil olaraq tanış olmaq mümkündür. 

 Valideynlər 15 iyul tarixinədək şagirdlərin qəbul olduğu lisey yaxud gimnaziyanı şəxsi kabinetdə videotəlimatda qeyd olunduğu kimi təsdiqləməlidir. 
Qeyd olunan tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri valideynlər tərəfindən təsdiqlənmədiyi halda ləğv ediləcək. 
Lisey yaxud gimnaziyaya qəbul olan və valideynlər tərəfindən təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək. 

Qeyd edək ki, 10499 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak edib.

# 1683
avatar

Aytəkin Cəlali

Oxşar yazılar