Leysan, dolu və qar   - FAKTİKİ HAVA
03 iyun 2025 16:08 (UTC +04:00)

Leysan, dolu və qar - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 3-ü saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.

Lent.az xəbər verir ki, Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şamaxı, İsmayıllı, Şəki, Xınalıq, Qusar, Oğuz, Mingəçevir, Goranboy, Tərtər, Yevlaxda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Şahdağa isə qar yağması müşahidə edilir.

Oğuz rayonu Başdaşağıl kəndinə saat 15:00 radələrində diametri 5 mm, Gədəbəy rayonu Düzyurd kəndinə dolu düşüb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Ağdamda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-yə çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844

Oxşar yazılar