Həyatda ən böyük qorxularımızdan biri olan itirmək qorxusu dincliyimizi poza və həyat keyfiyyətimizə mənfi təsir göstərə bilir.
Lent.az xəbər verir ki, bu qorxunu aradan qaldırmaq və daxili rahatlığı bərpa etmək mümkündür.
Hamımız nəyisə itirməkdən qorxuruq; bu, sevdiklərimizdən, işimizdən və ya əşyalarımızdan biri ola bilər. Ancaq bu qorxu idarə olunmazsa, həyatımızı çətinləşdirə bilər.
İtirmək qorxusunun kökləri adətən uşaqlıq təcrübələrimizə, yaşadığımız itkilərə və şəxsiyyət xüsusiyyətlərimizə əsaslanır.
Bu beş şeyi edərək itirmək qorxusundan xilas olmaq mümkündür:
Qəbul etmək: Hər şeydən əvvəl bu qorxunun normal bir hiss olduğunu qəbul etmək lazımdır. Özünüzü mühakimə etmədən bu hissi müşahidə etmək onunla mübarizədə ilk addımdır.
Qorxunun mənbəyini anlamaq: Hansı vəziyyətlərdə və bu qurxunun niyə əmələ gəldiyini anlamaq üçün düşüncələrinizi və duyğularınızı araşdırmaq faydalı olacaq. Hislərinizi ifadə etmək və başqaları ilə bölüşmək qorxularınızın öhdəsindən gəlməyə kömək edə bilər.
Stress idarəetmə texnikaları: Təbiətdə gəzmək, dərin nəfəs məşqləri və ya dəniz kənarında gəzinti kimi üsullar narahatlıq və stressi azaltmaqla itirmək qorxusunun öhdəsindən gəlməyə kömək edir.
Sosial dəstək: Hislərinizi ailəniz, dostlarınız və ya dəstək qrupu ilə bölüşmək sizə tək olmadığınızı hiss etməyə kömək edir və emosional müalicənizi dəstəkləyir.
Yeniliklərə addım atmaq: Yeni hobbilərlə məşğul olmaq və ictimai tədbirlərdə iştirak etmək itirmək qorxusunu azalda bilər.