Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 680 yeni yoluxma faktı qeydə alınıb, 2 134 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 27 vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 703 334 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 648 512 nəfər müalicə olunaraq sağalıb, 8 898 nəfər vəfat edib, aktiv xəstə sayı 45 924 nəfərdir.
Ölkədə son sutka ərzində 11 442, hazırkı dövrədək isə 6 278 899 test aparılıb.