“İsti geyim almışdı ki, Çeçenistan soyuq olur” - Qəzada həlak olan Raminin atası
26 dekabr 2024 15:53 (UTC +04:00)

“İsti geyim almışdı ki, Çeçenistan soyuq olur” - Qəzada həlak olan Raminin atası

0

“Özünə isti geyim almışdı ki, Çeçenistan soyuq olur, orada geyinər”.

Lent.az xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan 26 yaşlı sərnişin Ramin İbrahimovun atası Mahir İbrahimov deyib.

O bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş: “İsti paltarlar almışdı. Axşam yemək yedi. Ailəlikcə onu yola saldıq. Axırıncı dəfə səhər saat 9-a 11 dəqiqə işləmiş anasına səs göndərmişdi. Dedi ki, oturub təyyarənin qalxmağını gözləyir. Mən isə hadisənin baş verdiyini satt 11-də bildim”.

M.İbrahimob əlavə edib ki, hadisə barədə sosial şəbəkədən xəbər tutublar: “Mən evə gələndə qardaşım zəng edərək bildirdi ki, sosial şəbəkədə təyyarə qəzası ilə əlaqəli videoları görüb. Mən də tez televizoru açıb xəbəri gördüm”./APA 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4911

Oxşar yazılar