İşğaldan azad olunmuş ərazilərdə 10-a yaxın məktəb  fəaliyyət göstərəcək
10 sentyabr 2024 13:33 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə 10-a yaxın məktəb fəaliyyət göstərəcək

“Bu il Şuşada 1 nömrəli məktəbin açılması ilə yanaşı Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, habelə Sus kəndində də məktəblərimiz fəaliyyətə başlayacaq. Bununla da 10-a yaxın məktəbimizin fəaliyyəti təmin ediləcək”.

Bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı bildirib.

Nazir qeyd edib ki, Suqovuşon və Kəlbəcərdə tikilən məktəblərdə tədris köç prosesinin vaxtına uyğun olmaqla oktyabr və noyabr aylarında başlayacaq:

“2025, 2026, 2027-ci illərdə daha çox məktəbin fəaliyyətə başlaması nəzərdə tutulur. Çünki onların tikintisi hazırda davam etdirilir”. /APA 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2010
avatar

Oxşar yazılar