I sinif şagirdləri ilə kobud rəftara görə müəllim CƏZALANDIRILIB
25 yanvar 2024 16:35 (UTC +04:00)

I sinif şagirdləri ilə kobud rəftara görə müəllim CƏZALANDIRILIB

Bakıda şagirdə qarşı kobud davranan müəllimə töhmət verilib.

Lent.az xəbər verir ki, bu barədə 317 nömrəli tam orta məktəbdən məlumat verilib.

Qeyd olunub ki, ötən ilin noyabr ayında məktəbin 1b sinfinin rəhbəri dərs zamanı şagirdlərin nəticələrini valideynə göstərmək məqsədilə telefonla videogörüntü çəkib:

"Görüntülər zamanı müəllimin şagirdə qarşı uyğunsuz davranışı nümayiş olunub. Məktəb rəhbərliyi tərəfindən müəllimlə söhbət zamanı o etdiyi əməli etiraf edib. Müəllimin izahatı alınıb, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi ona töhmət verilib.

Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən şagird və valideynlərlə, həmçinin psixoloq tərəfindən şagirdlə söhbət aparılıb. Artıq son iki aydır şagirdlər müəllimləri ilə birlikdə dərslərdə iştirak edirlər, valideynlərdən hər hansı rəsmi şikayət daxil olmayıb".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5448
avatar

Fidan İlqar

Oxşar yazılar