Hərbi qulluqçumuz Kəlbəcərdə vəfat etdi - FOTO  - YENİLƏNİB
28 noyabr 2022 10:43 (UTC +04:00)

Hərbi qulluqçumuz Kəlbəcərdə vəfat etdi - FOTO - YENİLƏNİB

Müdafiə Nazirliyi vəfat edən hərbçi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlunun ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik.

Allah rəhmət eləsin!

***

saat 10:23

Ordumuzun hərbi qulluqçusu ölüb.

Lent.az-ın məlumatına görə, Kəlbəcər rayonu Zar kəndində hərbi xidmətdə olan Nurəddin Mirzəzadə dünyasını dəyişib.

Onun hansı səbəbdən ölməsi isə hələlik bilinmir. Məlumatı onun dayısı sosial şəbəkədə paylaşıb.

Allah rəhmət eləsin.

# 5814
avatar

Oxşar yazılar