Hazırda Bakının əksər yollarında kəskin tıxac var - SİYAHI
28 sentyabr 2021 13:55 (UTC +04:00)

Hazırda Bakının əksər yollarında kəskin tıxac var - SİYAHI

Hazırda paytaxtın əksər küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti – Əsas yol və Köməkçi yol- (Əsasən,5 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı keçdikdən sonra, Bağırov körpüsünün aşağı hissəsindən keçməklə, Əliyar Əliyev küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq

2. Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən başlayaraq, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq

3. Afiyəddin Cəlilov küçəsi – (Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətdə) sıxlıq

4. Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində) sıxlıq

5. 28 May küçəsi - (,Aleksandr Puşkin küçəsi ilə kəsişmədən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

6. Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində) sıxlıq

7. Tbilisi prospekti – Əsas yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqamətində) sıxlıq

8. Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq DİN Hospitalın qarşısına qədər olan hissə ,20 Yanvar dairəsi istiqaməti üzrə sıxlıq 

9. Abbasqulu Ağa Bakıxanov küçəsi – (Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində) sıxlıq

10. Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla Mərdanov qardaşları küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqamətində) sıxlıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2778
avatar

Mehman Nəbiyev

Oxşar yazılar