Hazır qəhvənin tərkibində  tarakan   ola bilər: Onu necə  hiss edə   bilərsiniz?
16 yanvar 2025 19:59 (UTC +04:00)

Hazır qəhvənin tərkibində tarakan ola bilər: Onu necə hiss edə bilərsiniz?

Qəhvə bütün dünyada milyonlarla insanın sevimli içkisidir. Bəziləri onu yalnız kafelərdə içir, bəziləri xüsusi olaraq ev üçün qəhvə dənələri alır, bəzilərinin isə bütün bunları etməyə vaxtı yoxdur, ona görə də vətəndaşların sonuncu kateqoriyası üyüdülmüş qəhvəni seçir.

Lakin məlum olub ki, belə insanlar üyüdülmüş qəhvə alsalar, tarakanların mikroskopik hissəciklərini sakitcə içə bilərlər. 

Lent.az-ın məlumatına görə, “Daily Mail” britaniyalı doktor Sermed Mejerə istinadən yazır.

O, bu xoşagəlməz faktı “Instagram” səhifəsində paylaşıb. Mejer izah edib ki, qəhvə dənələrinin yığılması, emalı və üyüdülməsi zamanı tarlalarda, anbarlarda və ya istehsalat obyektlərində paxlalarla təmasda ola biləcək həşərat kimi çirkləndiricilərin mövcudluğunu tamamilə aradan qaldırmaq demək olar ki, mümkün deyil.

Tarakanların əsasən qəhvənin yetişdirildiyi və emal edildiyi tropik və subtropik bölgələrdə geniş yayıldığı bildirilir. Amerika qida və dərmanlara nəzarət üzrə agentliyi (FDA) təxmin edir ki, hər kisə qəhvə dənəsinin 10 faizinə qədəri tarakan da daxil olmaqla həşərat parçaları ilə çirklənmiş ola bilər. Ancaq insan istehlakı üçün təhlükəsizdir.

"Qəhvədə həşəratların olması fikri narahat edici olsa da, səviyyələrin aşağı olduğunu və sağlamlıq riski yaratmadığını başa düşmək vacibdir", - doktor Mejer deyib.

Bununla belə, o, dəniz məhsulları allergiyası olan insanlara üyüdülmüş qəhvədən çəkinmələri barədə xəbərdarlıq edib, çünki onlar tarakanlarda da olan tropomiozin adlı proteinə reaksiya verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717
avatar

Oxşar yazılar