
Hava ilə bağlı sürücü və sərnişinlərə daha bir müraciət

Bakı Nəqliyyat Agentliyi havaların kəskin dəyişməsi ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Qurumdan Lent.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki. gözlənilən kəskin hava şəraiti ilə əlaqədar çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərdən, xüsusən enişli və yoxuşlu yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir:
"Sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alınmaqla digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir.
Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində də eyni qaydalara riayət edilməlidir. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".

Oxşar yazılar

Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
26 fevral 2021 , 17:01
Koronavirus statistikası: 180 sağalma, 219 yoluxma, 4 ölüm
26 fevral 2021 , 15:47
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib - FOTO
26 fevral 2021 , 14:45
5 dərəcə şaxta olacaq - SABAHIN PROQNOZU
26 fevral 2021 , 13:24
Yenidən qar yağacaq -XƏBƏRDARLIQ
26 fevral 2021 , 13:20
Xocalı günü doğuldu, şəhid oldu - ANIM
26 fevral 2021 , 11:29
Xocalı soyqırımından 29 il ötür
26 fevral 2021 , 00:04
Əsirlikdən xilas olan dualar... - Səbuhi Məmmədli Laçından yazır
25 fevral 2021 , 18:51