Hava dəyişir,   leysan yağacaq - XƏBƏRDARLIQ
04 sentyabr 2024 15:02 (UTC +04:00)

Hava dəyişir, leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 5-i gündüz bəzi dağlıq ərazilərdə, 6-7-də isə əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149
avatar

Oxşar yazılar