Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini - Qərargah rəisi postuna yeni təyinat olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, müvafiq əmrə əsasən, bu vəzifəyə polkovnik Etibar Məhərrəmov təyinat alıb.
İndiyədək bu vəzifəni tutmuş general-leytenant Fazil Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini vəzifəsinə isə polkovnik Telman Hüseynov təyin olunub.