“Forbes”in siyahısındakı milyarder  Rusiya vətəndaşlığından   imtina etdi
08 fevral 2024 14:09 (UTC +04:00)

“Forbes”in siyahısındakı milyarder Rusiya vətəndaşlığından imtina etdi

Coalco International inkişaf şirkətinin keçmiş sahibi, milyarder Vasili Anisimov 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib və o vaxtdan ölkəyə yalnız işgüzar vizası ilə daxil olub. 

Lent.az bildirir ki, bu barədə “Forbes” biznesmenin özünün təqdim etdiyi sənədlərə istinadən yazır.

Hələ 1990-cı illərdə Anisimov Dominikan Respublikasının vətəndaşlığını alıb. Bundan əlavə, 2022-ci ilin dekabrında o, Böyük Britaniyadakı Qeydiyyat  evinə təqdim edilən bildirişdə göstərildiyi kimi Xorvatiya pasportunun sahibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4326
avatar

Oxşar yazılar