Əvəz Zeynallı azadlığa  buraxıldı -YENİLƏNİB
25 aprel 2025 18:03 (UTC +04:00)

Əvəz Zeynallı azadlığa buraxıldı -YENİLƏNİB

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı azadlığa buraxılıb.

Lent.az xəbər verir ki, Əvəz Zeynallı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən azadlığa çıxıb.

***

16 :29

Nizami Rayon Məhkəməsi Əvəz Zeynallının xəstəliyə görə, cəzanı çəkməkdən azad edilməsi barədə qərar verib.

Lent.az xəbər verir ki, bu barədə vəkil Rəşad Əliyev məlumat yayıb.

Məhkəmə onu cəzadan azad edib.

Diqqətinizə çatdıraq ki, bu günlərdə bir sıra jurnalistlər və hüquq müdafiəçiləri Əvəz Zeynallının həbsdən azad edilməsinə kömək edilməsi üçün Prezidentə müraciət etmişdilər.

Qeyd edək ki, Ə.Zeynallı külli miqdarda rüşvət alma və nüfuz alverində təqsirli bilinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872

Oxşar yazılar