“Gürcü arzusu”nun lideri siyasətdən getdi
25 aprel 2025 15:51 (UTC +04:00)

“Gürcü arzusu”nun lideri siyasətdən getdi

Hakim “Gürcü arzusu” partiyasının rəhbəri İrakli Qaribaşvili siyasətdən getdiyini və partiyanın sədri vəzifəsindən istefa verdiyini açıqlayıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, bu barədə aprelin 25-də keçirdiyi brifinqdə məlumat verib.

"Mən ölkə və gürcü xalqı qarşısında borcumu ləyaqətlə və vicdanla yerinə yetirdim", - Qaribaşvili deyib.

O, özəl sektorda fəaliyyətini davam etdirəcəyini, təfərrüatların daha sonra açıqlanacağını bildirib. O, həmçinin partiyanın rəhbəri postunu kimin tutacağını dəqiqləşdirməyib.

Qaribaşvili jurnalistlərin müxalifətə keçib öz siyasi qüvvəsini yarada biləcəyi ilə bağlı ehtimallarını qəti şəkildə rədd edib.

O, 2024-cü il fevralın 1-də “Gürcü arzusu” partiyasının rəhbəri seçilib. Eyni zamanda, 2012-ci ildə yaranan siyasi qüvvənin fəaliyyətində də iştirak edir.

2012-2013-cü illərdə Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışıb və iki dəfə - 2013 və 2021-ci illərdə hökumətə başçılıq edib. O, 2019-2022-ci illərdə də müdafiə naziri olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar