Bakıda qəza zamanı işıqfor yararsız hala düşüb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, dünən axşam saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 300 nömrəli tam orta məktəbin qarşısında qeydə alınan qəza zamanı piyada işıqforu sıradan çıxıb.
Mərkəz tərəfindən işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür.