Gündə bir stəkan şərab içmək  FAYDALIDIR? - Dietoloqların AÇIQLAMASI
25 aprel 2025 13:33 (UTC +04:00)

Gündə bir stəkan şərab içmək FAYDALIDIR? - Dietoloqların AÇIQLAMASI

Dietoloqlar Mişel Rutenşteyn və Keyli Proktor, “gündə bir badə şərabın orqanizmə faydalı olduğu” haqqında yayılan mifə aydınlıq gətirərək onun elmi əsasının olmadığını bildiriblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, onlar spirtli içkilərin sağlamlığa təsirini şərh ediblər.

Keyli Proktor qeyd edib ki, spirt orqanizmdə parçalandıqda asetaldehid adlı maddə yaranır və bu maddə kanserogen (xərçəng yaradan) kimi tanınır. Asetaldehid DNT-yə zərər verə bilər və bu da xərçəngin inkişafına səbəb ola bilər. Bu səbəbdən, orqanizm üçün təhlükəsiz sayılacaq elmi cəhətdən sübut edilmiş spirt dozası mövcud deyil.

Bu mövzu ilə bağlı Mişel Rutenşteyn isə bildirib ki, şərabın faydalı sayılmasının əsas səbəbi onun tərkibində antioksidantların olması ilə əlaqələndirilir. Lakin o da əlavə edib ki, bu maddələrin səviyyəsi şərab şüşəyə doldurulana qədər kəskin şəkildə azala bilər.

Dietoloq insanlara antioksidantları yalnız meyvələrdən və giləmeyvələrdən, o cümlədən üzümdən almağı tövsiyə edib - alkoholdan deyil. Bundan əvvəl cərrah Aleksandr Umnov qaraciyərin dörd əsas düşmənini sadalamışdı. Onun sözlərinə görə, alkohol qaraciyər hüceyrələrinin məhvinə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar