Generalın öldürüldüyü maşın azərbaycanlıya   satılıbmış - TƏFƏRRÜAT
25 aprel 2025 15:49 (UTC +04:00)

Generalın öldürüldüyü maşın azərbaycanlıya satılıbmış - TƏFƏRRÜAT

Bu gün Rusiyanın Moskva vilayətində generalın ölümü ilə nəticələnən terrorla bağlı təfərrüatlar məlum olub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Balaşixada baş verən partlayış yerində PUA-nın təsiredici elementlərinin izləri tapılıb.

59 yaşlı Yaroslav Moskalikə sui-qəsd saat 10:30-da Nesterov bulvarındakı evinin yaxınlığında baş verib. General evinin girişindən çıxıb, işə yollanıb. Zabit yaxınlıqda dayanmış "Volkswagen" markalı avtomobilin yanından keçərkən partlayış baş verib.

Müəyyənləşib ki, avtomobil içərisinə yerləşdirilən əldəqayırma partlayıcı qurğu vasitəsilə partladılıb. Görünür, terrorçular bombanı uzaqdan işə salaraq öldürmək istədikləri şəxslərin binadan çıxmasını gözləyiblər.

O da ola bilər ki, onlar generalı hündürmərtəbəli binadakı mənzillərin birindən və ya yaxınlıqda kamera quraşdıraraq efir vasitəsilə izləyiblər.

O da məlum olub ki, “Volkswagen”in əvvəlki sahibi köhnə avtomobili hələ yanvar ayında Azərbaycandan gələn qonaqa satıb. Daha sonra avtomobil 26 yaşlı kişinin əlinə keçib və o, xarici avtomobili bir həftə sonra yenidən satıb. Avtomobilin sonuncu sahibi Ukrayna ilə sərhəddə yerləşən Sumı şəhərinin 40 yaşlı sakini olub.

Bəzi məlumatlara görə, maşının sonuncu sahibi Rusiya pasportunu hələ 2015-ci ildə alıb. O da məlumdur ki, o, əvvəllər Mariupolda “Azovstal”da, ixtisar olunduqdan sonra isə mütəmadi olaraq Rusiyada yarımştat işləyib. Avtomobil sui-qəsd cəhdindən bir neçə gün əvvəl girişdə peyda olub.

Sui-qəsdin mahiyyətinə görə, mərhum böyük ehtimalla bir neçə ay izlənilib. Bu müddət ərzində terrorçular generalın tam gündəlik iş rejimini və fəaliyyətini öyrəniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918

Oxşar yazılar

Sabirabadda maşın qadını vurub öldürdü-VİDEO

Sabirabadda maşın qadını vurub öldürdü-VİDEO

25 aprel 2025 , 20:30
Bakıda küçədən meyit tapıldı

Bakıda küçədən meyit tapıldı

25 aprel 2025 , 19:33
Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub  gətirildi

Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub gətirildi

25 aprel 2025 , 19:17
Oğuzda FACİƏ : 80 yaşlı qadın kanalda boğuldu

Oğuzda FACİƏ: 80 yaşlı qadın kanalda boğuldu

25 aprel 2025 , 18:45
“Oleq Bakinski” ev dustaqlığına  buraxılmadı

“Oleq Bakinski” ev dustaqlığına buraxılmadı

25 aprel 2025 , 18:17
Bir aya azadlığa çıxacaqdı, yeni hökm oxundu - SUMQAYITDA

Bir aya azadlığa çıxacaqdı, yeni hökm oxundu - SUMQAYITDA

25 aprel 2025 , 18:10
Bakı bulvarında ÖLÜM

Bakı bulvarında ÖLÜM

25 aprel 2025 , 17:38
Ana yeni doğduğu qızı tualetdə boğub öldürdü

Ana yeni doğduğu qızı tualetdə boğub öldürdü

25 aprel 2025 , 17:26