Sosial şəbəkədə bir qadının azyaşlı qızını pul qarşılığında digər şəxslərlə görüşdürməsi barədə yayılmış məlumatlarla əlaqədar polis əməkdaşları tərəfindən araşdırma aparılıb və hər iki şəxs müvafiq polis orqanına gətirilib.
Lent.az xəbər verir ki, aparılan araşdırma zamanı azyaşlı qızın izahatı alınıb, sosial şəbəkədə qeyd olunan məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilib.
Həmçinin, anası da yayılan görüntülərin 3 il bundan əvvəl keçmiş həyat yoldaşı tərəfindən çəkilməsini qeyd edib.
Hazırda azyaşlı qıza qarşı cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər edilməsi ilə bağlı istintaq araşdırması aparılır.
Qeyd edək ki, sosial şəbəkədə Bakının Yasamal rayonunda bir qadının 14 yaşlı qızını 2 ildir seks işçisi kimi işlətməsi barədə iddialar yayılıb.