Müğənni Nazim Pişyarinin (Faytonçu) səhhətində yenidən problem yarandığı haqqında məlumatlar yayılıb.
Lent.az-ın xəbərinə görə, yayılan məlumatlarda onun su çiçəyinə yoluxduğu və on gün karantində qalacağı bildirilib. Səhhəti ilə bağlı açıqlama verən Nazim Pişyari bildirib ki, yayılan məlumatlar əsassızdır.
"Səhhətimdə heç bir problem yoxdur. Bir az nasazlamışdım, artıq sağalmışam, hər şey də normaldır, hər şey qaydasındadır. Xırda bir şeyi çox şişirdiblər. Özümü lap yaxşı hiss edirəm", - N.Pişyari vurğulayıb.(Oxu.az)