İşdən qayıdıb ərinin və qayınanasının meyitlərini TAPDI
25 aprel 2025 16:30 (UTC +04:00)

İşdən qayıdıb ərinin və qayınanasının meyitlərini TAPDI

Rusiyanın Sankt-Peterburq şəhərində 76 yaşlı ana və 55 yaşlı oğlu müəmmalı şəkildə ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kolpino rayonu Remizov küçəsində qeydə alınıb.

Qadın işdən qayıdaraq ərini hamamda boğazı kəsilmiş vəziyyətdə görüb. Adamın sağ olmasına baxmayaraq, gələn həkimlər onu xilas edə bilməyiblər - o, yerindəcə keçinib.

Kişinin anasının meyiti başqa otaqda tapılıb. Yaşlı qadının cəsədində zorakılıqla ölüm əlamətlər olmayıb.

Hazırda hüquq-mühafizə orqanları iki nəfərin ölümü ilə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar