Bakıda küçədən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə səhər saat 8 radələrində Nizami rayonu B.Nuriyev küçəsində baş verib.
Samux rayon sakini tüfeyli həyat tərzi keçirən 73 yaşlı Tofiq Qələndər oğlu Əliyevin meyiti obyektlərdən birinin qarşısında aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.