Oğuzda kişi çay evində qəfil ölüb.
Lent.az-ın xəbərinə görə, hadisə axşam saatlarında rayonun Xaçmaz kəndində baş verib.
İki uşaq atası olan 32 yaşlı Anar Eyvaz oğlu Qocalı kəndin ərazisində fəaliyyət göstərən kafedə çay içən zaman qəfil halı pisləşib.
Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər. İlkin ehtimala görə, A. Qocalının ölmünə ürək tutması səbəb olub.
Faktla bağlı araşdırma aparılr.
Vüqar Heydərov