Gəlin bəyin dostlarına görə toyu ləğv etdi
25 aprel 2025 14:29 (UTC +04:00)

Gəlin bəyin dostlarına görə toyu ləğv etdi

Hindistanda gəlin bəyin dostlarına görə toyunu ləğv edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Haridvarda toyda şənlik ab-havası yeni evlənənlərin ailələri arasında yaranan münaqişədən sonra xaosa çevrilib. 

Bəyin dostlarının davranışından qəzəblənən gəlin toy mərasiminin ləğv olunduğunu açıqlayıb və toy kortejini tərsinə çevirib.

Bundan başqa, bəylə gəlinin ailələrinin nümayəndələri arasında söz davası baş verib, daha sonra isə kütləvi davaya çevrilib. Hadisə şahidlərinin sözlərinə görə, kişilər bir-birinə daş atıblar.

Haridvar polisi insidentin ictimailəşməsinə baxmayaraq, tərəflərdən heç bir rəsmi şikayət edilmədiyini bildirib. Polis əlavə edib ki, hazırda hadisənin baş vermə şəraiti araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966

Oxşar yazılar