Oğlu Ramiz Mehdiyev haqqında istintaqa  nələr deyib
19 oktyabr 2026 11:43 (UTC +04:00)

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələr deyib

0

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı onun ailə üzvləri də şahid qismində dindirilməsi barədə xəbər vermişdik.

Lent.az bildirir ki, Gununsesi.info-nun əldə etdiyi məlumatda Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsi bəlli olub.

Timur Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib,  onun yaddaş pozğunluğu var.

“Atam  bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkıt etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”, - oğul Mehdiyev bildirib.

Xatırladaq ki, Ramiz Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 278.1-ci - dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü  - dövlətə xəyanət və 193-1.3.2-ci - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulma maddələri ilə ittiham olunub.

Prezidentd Administrasiyasının keçmiş rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar