Arda Güler rəqibini vurub, sonra qol sevinci yaşadı - “Real”ın oyununda QALMAQAL
19 oktyabr 2026 10:44 (UTC +04:00)

Arda Güler rəqibini vurub, sonra qol sevinci yaşadı - “Real”ın oyununda QALMAQAL

0

İspaniya çempionatında “Real Madrid” və “Sevilya” arasında keçirilən qarşılaşma qalmaqallı epizodla yadda qalıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin türkiyəli futbolçusu Arda Güler rəqibinə qarşı kobud hərəkətinə baxmayaraq, meydandan qovulmayıb. Hadisə matçın 22-ci dəqiqəsində baş verib. “Sevilya”nın futbolçusu Peke Arda Gülerin formasından tutaraq ona mane olmağa çalışıb. Bundan əsəbiləşən türkiyəli yarımmüdafiəçi rəqibinin üzünə dirsəklə zərbə endirib.

Epizod “Sevilya” futbolçularının ciddi etirazına səbəb olub. VAR vəziyyəti yoxlasa da, baş hakim epizodu monitordan izləməyə çağırılmayıb və Arda Güler qırmızı vərəqə almayıb.

Maraqlıdır ki, qalmaqallı epizodun iştirakçısı daha sonra hesabı açan futbolçu olub. “Real Madrid” qarşılaşmadan 4:1 hesablı qələbə ilə ayrılıb. Arda Gülerin meydanda qalması İspaniya futbolunda hakim qərarları ilə bağlı yeni müzakirələrə səbəb olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar