Əlil uşaqlara qulluq edənlər daha çox pul alacaq
13 yanvar 2023 12:01 (UTC +04:00)

Əlil uşaqlara qulluq edənlər daha çox pul alacaq

Prezident İlham Əliyev orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Lent.az xəbər verir ki, Fərmana əsasən, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 (bir yüz) manat müəyyən edilsin.

Qeyd edək ki, indiyə qədər orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği əvvəl 80 manat idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3312
avatar

Oxşar yazılar