Ədliyyə orqanlarında işləmək istəyənlər üçün imtаhаn keçirildi
01 dekabr 2024 14:14 (UTC +04:00)

Ədliyyə orqanlarında işləmək istəyənlər üçün imtаhаn keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirib.

DİM-dən Lent.az-a verilən xəbərə görə, imtahan kompüter vasitəsilə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil edilib.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunub. Onlardan 80 tapşırıq qanunvericilik üzrə bilik və bacarıqları, 20 tapşırıq isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Qanunvericiliyə aid tapşırıqlar üzrə hər düzgün cavab 1, məntiq üzrə isə 0.5 bal hesabı ilə nəzərə alınır. Toplanıla bilən maksimal bal 90-a bərabərdir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 185 nəfərdən 2 nəfər imtahana gəlməyib. 55 və dаhа çох bаl tоplаmış 116 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 3 – 4 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2835

Oxşar yazılar

 Ən ehtiraslı   BÜRCLƏR

Ən ehtiraslı BÜRCLƏR

4 iyun 2025 , 00:02
Tiktoker "Beniz" HAKİM QARŞISINDA

Tiktoker "Beniz" HAKİM QARŞISINDA

3 iyun 2025 , 22:36
"Yapon Baba Vanqa" yeni PROQNOZLA  qorxutdu: "Daha çox dağıntılar və qurbanlar" 

"Yapon Baba Vanqa" yeni PROQNOZLA qorxutdu: "Daha çox dağıntılar və qurbanlar" 

3 iyun 2025 , 19:59
Yuxu ilə bağlı gözlənilməz problem

Yuxu ilə bağlı gözlənilməz problem

3 iyun 2025 , 19:46
Bakıda skuter kabusu:  “Düz üstümə sürdü, sürətlə vurub yerə yıxdı” -VİDEO

Bakıda skuter kabusu: “Düz üstümə sürdü, sürətlə vurub yerə yıxdı” -VİDEO

3 iyun 2025 , 19:25
Naxçıvanda 17 yaşlı qız evlənmək üçün  qaçırıldı

Naxçıvanda 17 yaşlı qız evlənmək üçün qaçırıldı

3 iyun 2025 , 18:59
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

3 iyun 2025 , 18:31
Nazir müavini işdən çıxarıldı

Nazir müavini işdən çıxarıldı

3 iyun 2025 , 18:21