Daha iki tik-toker həbs olundu
29 dekabr 2024 02:19 (UTC +04:00)

Daha iki tik-toker həbs olundu

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanmış tik-tokerlərdən daha ikisi barədə həbs qətimkan tədbiri seçilib.

Lent.az-ın məlumatına görə, "Xan" ləqəbli Əsgər Əlizadə və "Magerramoff" ləqəbli tiktoker Əmrah Məhərrəmov da həbs ediliblər.

Hər iki şəxs barəsində Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə  4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma)  maddəsi ilə təqsirli bilinirlər.

Xatırladaq ki, polisin keçirdiyi əməliyyat nəticəsində xeyli sayda tik-toker saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3039
avatar

Oxşar yazılar