COP29 günlərində metro necə işləyəcək?  - ARAŞDIRMA
07 noyabr 2024 11:26 (UTC +04:00)

COP29 günlərində metro necə işləyəcək? - ARAŞDIRMA

Bakıda keçiriləcək COP29 tədbiri zamanı metronun fəaliyyətində də dəyişiklik nəzərdə tutulub.

Lent.az "APA-Economics"ə istinadla bu barədə ətraflı məlumatı təqdim edir:

Metro necə işləyəcək?

Bakı metrosunun stansiyaları 11-13 noyabr tarixlərində səhər saat 05:00-dan sərnişinlərin girişinə açıq olacaq. Həmin günlər ölkəmizdə qeyri-iş günü elan edilsə də, metroda qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq. Qeyd edilən 3 gündə Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-dək, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

“Həzi Aslanov-28 May” sahəsində interval günorta vaxtı 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək. İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək: saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək. Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal-8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib. "Bakmil" stansiyasına və əksinə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək. COP29-un keçiriləcəyi digər günlərdə metroda qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək. 6-22 noyabr tarixlərində COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsiz olacaq.

Dəmir yolu reysləri dəyişdirilib

"Azərbaycan Dəmir Yolları" QSC-nin bütün strukturları, 1 noyabr tarixindən etibarən gücləndirilmiş iş rejiminə keçib. 11-23 noyabr tarixlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edilib. Belə ki, Bakıdan saat 08:10, 17:50 və 19:05, Sumqayıtdan saat 07:20, Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilməklə qeyd olunan tarixlərdə (17 noyabr həftəsonu istisna olmaqla) qatarlar iş günü qrafiki əsasında hərəkət edəcək. Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır. 9 -24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032
avatar

Oxşar yazılar