"Cinayət prosessual qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb" - Baş prokuror
02 aprel 2024 11:04 (UTC +04:00)

"Cinayət prosessual qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb" - Baş prokuror

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı çoxşaxəli inkişafını davam etdirir. Bu eyni zamanda bizim təmsil etdiyimiz sahə hüquq mühafizə orqanları, məhkəmə orqanlarının fəaliyyəti ilə də bağlıdır. Bu sahədə şəffaflığın artırılması, çevikliyin təmin edilməsi, peşəkarlığın artırılması vətəndaşları narahat edən bütün məsələlərin təhlil edilməsi, araşdırılması və onlara qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı işlər aparılır. Burada təbii ki, rəqəmsallaşma da ön plana çıxır.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev aprelin 2-də keçirilən “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

"Rəqəmsallaşma cəmiyyətin bütün sahələrində gedir. Lakin cinayət proseslərində bu xüsusi sahədir və çox həssaslıq və dəqiqliklə bu prosesi həyata keçirməliyik. Cinayət prosessual qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb", - deyə K.Əliyev bildirib.

K.Əliyev həmçinin deyib ki, ölkədə hüquq-mühafizə orqanlarının, o cümlədən, prokurorluğun fəaliyyətində də rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı bir sıra işlər görülüb.

“Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 07 may 2021-ci il tarixli fərmanı ilə “Elektron prokurorluq” informasiya sistemi yaradılıb.

1 aprel 2023-cü il tarixdən “Elektron prokurorluq” informasiya sisteminin əsas modulları istifadəyə verilib.

2023-cü ilin sentyabr ayından isə cinayət təqibinin rəqəmsallaşdırılmasına dair ilk addımlar atılaraq informasiya sisteminin “İstintaq” və “Cinayət xarakterli materiallar” modulları istifadəyə verilib. Hazırda prokurorluq orqanlarında icraatda olan bütün cinayət işlərinin və törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların araşdırılmasına dair materialların bu modullar vasitəsilə aparılması təmin edilir”.

# 1878
avatar

Oxşar yazılar