Bu yol 2 aylıq  bağlanır
10 sentyabr 2024 13:00 (UTC +04:00)

Bu yol 2 aylıq bağlanır

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində hərəkət 2 ay müddətinə qismən məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması Cəngi ərazisində quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədardır.

Qeyd edək ki, sözügedən yolda hərəkət qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil edilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2025
avatar

Oxşar yazılar