Azərbaycan Dövlət Pedaqoji Universitetdə əmək haqları artırılıb.
Universitetin mətbuat katibi Cavid Hüseynovun Lent.az-a verdiyi məlumata görə, bu haqda universitetin Elmi Şurasında qərar qəbul edilib.
İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatıdırıb.
Təkliflərə əsasən Elmi Şura ADPU-da əməkdaşların əməkhaqqının artırılması haqqında qərar qəbul edib.
Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saat hesabı dərs deyən personalın əməkhaqqı da orta hesabla 37,5 faiz artırılıb.