Bu prokurorlar mükafatlandırıldı
25 dekabr 2024 10:46 (UTC +04:00)

Bu prokurorlar mükafatlandırıldı

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən təltif edilmiş, habelə beynəlxalq tədbirlərin keçirilməsində fəal iştirakına görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarının mükafatlandırma mərasimi keçirilib.

Lent.az xəbər verir ki, mərasimdə Baş prokuror Kamran Əliyev və digər prokurorluq əməkdaşları iştirak ediblər.

Baş prokuror Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin prokurorluq əməkdaşlarını təltif etməsi böyük diqqət və etimadın göstəricisidir: “Bu gün prokurorluq əməkdaşları üçün çox əlamətdar hadisədir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 14 əməkdaşımız təltif edilmişdi. Prokurorluq əməkdaşları heç vaxt xalq qarşısında öz xidmətlərini əsirgəməyiblər. Daim çalışmışıq ki, bu şəxslər barədə öz vəzifələrimizi vicdanla yerinə yetirək. Prokurorluq orqanına daim böyük etimad göstərilib. Bu etimadı gələcəkdə də doğruldacağımıza inanırıq”.

Baş prokuror çıxışında BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Valinin ona məktub göndərdiyini deyib: “Qada Vali geniş məktubda Azərbaycanda gördüyü inkişafdan, mütərəqqilikdən, tarixi ənənələrin qorunub saxlanılmasından, COP29-un yüksək səviyyədə keçirilməsindən bəhs edib və gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyini bildirib”.

Kamran Əliyev 2025-ci ilin may ayında BMT-nin Antikorrupsiya Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) növbəti Plenar Görüşünün Bakıda keçiriləcəyini və sözügedən tədbir çərçivəsində 500-ə yaxın yüksək vəzifəli şəxslərin Bakıya gəlişinin planlaşdırıldığını deyib.

Daha sonra Baş prokuror Kamran Əliyev mükafatları əməkdaşlara təqdim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.09.2024 tarixli Sərəncamı ilə üç nəfər prokurorluq əməkdaşı “Tərəqqi” medalı ilə, on bir nəfər isə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Prokurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olubProkurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3202

Oxşar yazılar

Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA

Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA

3 iyun 2025 , 10:09
Qurbanlıq alarkən diqqətli olun: Ölümcül  xəstəlik riski

Qurbanlıq alarkən diqqətli olun: Ölümcül xəstəlik riski

3 iyun 2025 , 09:50
Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı  olacaq

Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı olacaq

3 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 iyun 2025 , 08:24
Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na  düşəcək

Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na düşəcək

3 iyun 2025 , 00:02
"Azercell"dən TARİF AÇIQLAMASI

"Azercell"dən TARİF AÇIQLAMASI

2 iyun 2025 , 23:27
Sosial şəbəkələrin  gizli faydası AÇIQLANDI

Sosial şəbəkələrin gizli faydası AÇIQLANDI

2 iyun 2025 , 19:46
İyun ayı 3 BÜRC üçün çox uğurlu  olacaq

İyun ayı 3 BÜRC üçün çox uğurlu olacaq

2 iyun 2025 , 18:40