Bu ölkədə  it əti yeyilməsi   qadağan olunacaq
19 noyabr 2023 16:22 (UTC +04:00)

Bu ölkədə it əti yeyilməsi qadağan olunacaq

Cənubi Koreya hökuməti hakim “Vətəndaş gücü” partiyası ilə birlikdə bir il ərzində qanun qəbul edəcək, bundan sonra ölkədə it ətinin yeyilməsi və satışı dayandırılacaq. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, partiyanın siyasi kursu üzrə məsul olan Yu Iy Don bildirib ki, Cənubi Koreyanın "it əti yemək praktikasını dayandırmağın" vaxtı çatıb.

Qanun layihəsinin ortaya çıxmasının səbəbləri arasında siyasətçi ev heyvanlarının sayının çoxalmasını, eləcə də bu cür praktikanın ölkənin imicinə xələl gətirdiyini qeyd edib. Don əlavə edib ki, partiya qanunun 2024-cü ildə qəbul olunması üçün əlindən gələni edəcək.

Qanun layihəsində itlərin kəsilməsinə və ətinin satışına qadağa qoyulması nəzərdə tutulur. Heyvandarlıq kateqoriyasından itlər də çıxarılacaq. Qanunun 2027-ci ildə qüvvəyə minməsi gözlənilir.

Deputat vurğulayıb ki, əgər uğur qazanarsa, hökumət ət üçün it yetişdirilən təsərrüfatların, eləcə də onlarla əlaqəli ət emalı zavodlarının və restoranların sahibləri üçün maliyyə yardımı proqramları qurmağı planlaşdırır ki, sahibləri zərər görmədən biznesini bağlaya bilsinlər və başqa işlərlə məşğul olsunlar. .

Heyvan hüquqları müdafiəçiləri “Vətəndaş gücü”nün təşəbbüsünü böyük həvəslə qəbul ediblər. Onlar uzun müddət it ətinin yeyilməsinə qarşı kampaniya aparıblar. 

Cənubi Koreyada hazırda təxminən 1150 it yetişdirmə ferması, 34 kəsim məntəqəsi, 219 paylama şirkəti və menyularında it yeməkləri olan 1600 restoran var.

2022-ci ildə ictimai rəy sorğusunun nəticələri göstərib ki, ölkənin 64 faizi it ətinin əleyhinədir və vətəndaşların yalnız səkkiz faizi it əti yeyir. 2015-ci ildən bu yana sonuncu rəqəm 19 faiz azalıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12525
avatar

Oxşar yazılar