Bu ölkədə 200-dən çox insanın adı  Yeni İldir
02 yanvar 2025 10:56 (UTC +04:00)

Bu ölkədə 200-dən çox insanın adı Yeni İldir

Monqolustanda 200-dən çox insanın adı Yeni il (Şine jil və Şine on) və beş monqol qadınının da bayram qış adı Qar Qızdır (Tsasan ohin). 

Lent.az xarici mətbuata istinadla bildirir ki, bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb.

“2024-cü il dekabrın 31-nə Monqolustan əhali və ev təsərrüfatları məlumat bazasında Şine adlı 195 nəfər yaşayır və yeddi Şine on adlı şəxs var. Sonuncu dəfə belə ad 2020-ci ildə qeydə alınıb. Bundan əlavə, beş qadına valideynləri Tsasan ohin adı veriblər. Onlardan ən kiçiyi 2012-ci ildə anadan olub”, - statistika qurumu məlumat yayıb.

Qədim dövrlərdən bəri monqollar uşaqlarına uzun və ya qeyri-adi adlar qoymağı xoşlayırlar. Eyni zamanda, özlərini təqdim edərkən əvvəlcə atasının adını, sonra isə şəxsi adını deyirlər. Sosialist inqilabından əvvəl adamın hansı cinsdən olduğunu əlavə ediblər. 1920-ci illərdə Monqolustanda xalqı zadəganlara və sadələrə bölmək üçün ailə soyadları ləğv edilib.

1990-cı illərdə ölkədə ailə (klan) soyadlarının bərpası proqramı həyata keçirilməyə başlayıb. Çoxları Çingiz xanın Bordjiqin qəbiləsini seçib. İlk monqol kosmonavtı Juqderdamidiyn (Juqderdemidin oğlu) Qurraqça Sansar (kosmos) soyadını seçib. Vladimir Canibekov ilə Sovet-Monqolustan kosmik heyətinin tərkibində uçuşundan sonra Monqolustanda Sansar, Vladimir və Canibekov adları peyda olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Oxşar yazılar