23 nömrəli orta məktəbin Yeni il şənliyi ilə bağlı 120 AZN toplaması iddialarına cavab verilib.
Məktəbdən Lent.az-a verilən açıqlamada bildirilib ki, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar valideynlərdən hər hansı bir vəsaitin toplanması ilə bağlı rəhbərlik tərəfindən heç bir tapşırıq verilməyib:
"Məktəbdən kənarda təşkil edilən tədbirlər valideynlərin öz təşəbbüsləri ilə həyata keçirilir və bu tip tədbirlərə müdaxilə edilmir".
***
11:29
Son günlərdə 23 nömrəli orta məktəbdə Yeni il şənliyini qeyd etmək üçün restoran ödənişi olaraq uşaqlardan 120 AZN pul yığıldığı ilə bağlı iddialar yayılıb.
Bununla bağlı Lent.az-ın əməkdaşı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət ünvanlayıb.
Agentlik məktəb rəhbərliyinin məsələ ilə bağlı ümumi açıqlama verəcəyini bildirib.