Bu kəndin sakinlərinə  xəstələnmək   və evlərindən  tez-tez çıxmaq   qadağan edildi
09 yanvar 2025 15:06 (UTC +04:00)

Bu kəndin sakinlərinə xəstələnmək və evlərindən tez-tez çıxmaq qadağan edildi

Belkastro kəndinin meri "hər hansı bir xəstəlikdən yayınmaq" əmri verən fərman imzalayıb.

İtaliyanın Belkastro kəndinin (İtaliya, Kalabriya) meri Antonio Torkia "təcili tibbi yardım tələb edən hər hansı bir xəstəliyə yoluxmamaq üçün" fərman verib.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, fərmanda digər məsələlərlə yanaşı, yerli sakinlərdən “təhlükəli ola biləcək hərəkətlər etməmək”, “çox tez-tez evdən çıxmamaq, səyahət etməmək və ya idmanla məşğul olmaq” və bunun əvəzinə çox vaxt istirahət etmək tələb olunur. Bu qeyri-adi qayda ilə Torkia diqqəti yerli səhiyyə ilə bağlı kritik vəziyyətə cəlb etmək qərarına gəlib.

Məlumdur ki, Belkastro kəndi İtaliyanın ən kasıb bölgəsində yerləşir. Və kəndin özündə 1200-dən çox sakin olsa da, müntəzəm fəaliyyət göstərən tibb məntəqəsi yoxdur. Torkianın sözlərinə  görə, təcili yardım gecə və ya bayram günlərində mövcud deyil və ən yaxın 24 saatlıq klinika kənddən təxminən 45 kilometr məsafədə, Katandzaroda, İtaliyanın Kalabriya şəhərindədir.

Mer fərmanı şərh edərək, bunun "açıq-aydın oynaq bir təxribat olduğunu" qeyd edib. Buna baxmayaraq, fərman yenə də regional hakimiyyət orqanlarına edilən çoxsaylı müraciətlərdən daha çox təsir edib.

“Fərman kömək üçün fəryaddır, diqqəti qəbuledilməz bir vəziyyətə cəlb etmək üsuludur”, - Antonio Torkia vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020
avatar

Oxşar yazılar