"Bu il ötən illərlə nisbətdə xarici ölkələrdə təhsil alan hüquqşünasların prokurorluq orqanlarına qəbulla bağlı sənəd verən az olub".
Lent.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimində deyib.
O bildirib ki, 2002-2024-cü illərdə qəbul olunan şəxslərdən indiyə qədər 969-u yerli universitetlərdə, 29 nəfər isə xarici ölkədə təhsil alan əməkdaşlardır.
Kamran Əliyev çıxışı zamanı bu il qəbul olunan hüquqşünasların xarici dil biliklərinin az olması barədə də danışıb:
"Qəbul olunandan 8 nəfər dil biliyi var. Bunlardan 5-i rus, 3-ü ingilis dilini bilənlərdir. Qəbul olunanlar dil biliklərini inkişaf etdirməlidir".