Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmətlə əlaqədar son yaş həddi azaldılır.
Lent.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətlə əlaqədar son yaş həddi 36,5 yaşdır.
Layihəyə əsasən, bu yaş həddi 31,5 yaşa endirilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./APA