Bu fakt bir daha onu göstərdi ki, polis hər kəsin keşiyindədir
25 may 2026 23:32 (UTC +04:00)

Bu fakt bir daha onu göstərdi ki, polis hər kəsin keşiyindədir

0

Bu gün gimnastika məşqçisi olan bir xanımın Dənizkənarı Milli Park ərazisində hücuma məruz qalması barədə xəbər vermişdik.

Bununla bağlı sosial şəbəkədə video paylaşan N.Kərimova ad-soyadlı gənc qadın bildirib ki, hadisə mayın 22-si günorta saatlarında “Dəniz Mall”ın yaxınlığında baş verib:

“Özümü videoya çəkərkən arxadan bir kişi hiss etdirmədən mənə yaxınlaşıb və fiziki təmas edərək təcavüz etdi. O mənə əxlaqsız sözlər dedi. Çəkiliş üçün istifadə etdiyim ştativlə həmin şəxsi vurandan sonra yumruqla çənəmə zərbə endirdi. Mən ona müqavimət göstərdikdə bıçaq çıxarıb üzərimə gəldi, həmin vaxt yaxınlıqdan keçən bir oğlan ona qışqıraraq fikrini yayındırdı və mən oradan uzaqlaşaraq mühafizəçiləri axtarmağa başladım”.

N.Kərimova hadisə ilə bağlı dərhal polisə məlumat verdiyini sözlərinə əlavə edib.

Əldə etdiyimiz məlumata görə, polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb və isti izlərlə həyata keçirilən tədbirlər nəticəsində bulvarda xanıma qarşı əxlaqsız hərəkətlər və xuliqanlıq əməlləri törətmiş həmin şəxs müəyyən edilib. 

47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.

Bu fakt bir daha onu deməyə əsas verir ki, Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir. Və hər bir vətəndaş da dara düşəndə ilk polisi aramalıdır. 

Xatırlatmaq yerinə düşər ki, vətəndaşlar sutkanın istənilən vaxtında hüquqlarının pozulması və digər məsələlərlə əlaqədar DİN-in «102» xidmətinə və aidiyyəti polis orqanının növbətçi hissəsinə müraciət edə bilərlər.

Baş vermiş cinayət və hadisələr barədə ərizə və məlumatlara operativ reaksiya verilməsi, təxirəsalınmadan istintaq hərəkətlərinin aparılması, cinayətlərin «isti izlər»lə açılması, cinayəti törədənlərin tutulması, habelə əməliyyat-axtarış və digər tədbirlərin vaxtında  həyata keçirilməsi məqsədilə, daxili işlər orqanlarının növbətçi hissələrində gündəlik olaraq əməliyyat-istintaq qrupları yaradılır. 

Yaradılan əməliyyat-istintaq qrupları çevik və operativ şəkildə baş vermiş cinayətlərin açılması üçün sutkanın 24 saatı durmadan çalışır. 

Azərbaycan polisi cinayətlərin qarşısının alınması, baş vermiş cinayət hadisələrinin üstünün isti izlərlə, operativ şəkildə açması, həmçinin kriminal ünsürlərə qarşı qətiyyətli fəaliyyəti ilə MDB məkanında, həmçinin dünyada ön sıralardadır. 

Azərbaycan polisinin ölkədə sabitliyin qorunmasındakı rolu danılmazdır. Təhlükə hiss edərkən, çətinliyə düşərkən dost-tanışdan daha çox "102" xidmətinə zəng edirik. Polisin operativ və yorulmaz fəaliyyəti nəticəsində dəfələrlə təhlükədən sovuşub ürək rahatlığı ilə həyatımıza davam etmişik. Odur ki, hər bir vətəndaşımız da öz vəzifə borclarını yerinə yetirən polislərimizlə həmrəy olub asayişin qorunmasına öz töhfəsini verməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar