Bəzi insanlar fitri liderlik keyfiyyətləri sayəsində iş həyatında həmişə uğur qazanırlar. Uğur pillələrini addım-addım qalxdıqları üçün adətən məqsədlərinə asanlıqla çatır və idarəçi olurlar. Astrologiyada idarəçiliyin adətən kitabını yazan bəzi bürclər var. Bununla belə, bəzi xüsusiyyətləri onları pis idarəçi edə bilər.
Lent.az dünyaya idarəçi olmaq üçün gələn bürcləri təqdim edir.
Dolça
Dolça adətən hər kəsi fərqli fikirləri ilə ruhlandırır. Ancaq onların ruhu heç vaxt patron kimi davranmır. Bu səbəbdən də Dolça bürcü adamları rəis olduqları zaman çox da bəyənilmirlər.
Onların ideyaları və yenilikçi konsepsiyaları var, lakin bəzi insani məsələlərlə məşğul olmaq məcburiyyətində qaldıqda problemlər yarananda birdən hər şeydən sıxılırlar. Dolça bürcü tez-tez tarazlığı qorumaqda çətinlik çəkə bilər.
Komandasının necə hiss etdiyi haqda fakir yürütmək üçün vaxt lazımdır.
Şir
Şirlər komanda işinə çox meyllidirlər. Bununla belə, özlərinə güzəştə getməyi sevmirlər. Şir bürcü tənqidi qəbul edə bilmir, çünki bunu öz şəxsiyyətlərinə təhqir kimi şərh edirlər.
Nadir hallarda onlara rəy verə bilərsiniz, çünki müsbət olmasa, qəbul edə bilməzlər, bu da onlarla işləməyi çətinləşdirir.
Əqrəb
Əqrəblər həm çox yaxşı həmkarlar, həm də yaxşı rəhbərlərdir. Bununla belə, onun yolundan çıxdığı vaxtlar ola bilər. İşlərinə çox ciddi yanaşdıqları üçün məsuliyyətləri ilə bağlı şişirdilmiş davranışlar göstərə bilərlər.
Kiçik bir işlə məşğul olsalar belə, sanki günəşin altında zəhmət çəkmiş kimi davranırlar və sözün əsl mənasında tükənirlər. Onlar adətən qaranlıq duyğuları saxlayır və heç vaxt şəffaf olmurlar. Onların əleyhinə işləyən başqa bir şey də sizin arxanızdan danışmasıdır.
Balıqlar
Balıqların problemi ondadır ki, əgər onlar bir şeyə həvəs göstərmirlərsə, onu atırlar və heç vaxt risk etmirlər. Onlar böyük liderlərdir. Bununla belə, onlar hər şeyi təsəvvür etdikləri kimi planlaşdırıb həyata keçirmək istəyirlər.
Balıqların əhvalları çox dəyişkəndir. Bu dəyişikliyi iş həyatında da əks etdirirlər. Əhvalın bu düşməsi bütün layihəni məhv edə bilər.
Qoç, Buğa, Əkizlər, Xərçəng, Qız, Tərəzi, Oxatan və Oğlaq situasiyaları ədalətli şəkildə həll etsələr, yaxşı rəhbər ola bilərlər.