Bəy ailəsində doğuldu, oğluna xarici işlər nazirliyində iş verdilər – Bizim küçələr
14 noyabr 2023 20:15 (UTC +04:00)

Bəy ailəsində doğuldu, oğluna xarici işlər nazirliyində iş verdilər – Bizim küçələr

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz? Doğma küçələrimizin yad adları çox vaxt diqqətimiz çəkir. Niyə qoyulub bu adlar? Təbii ki, çoxumuz adların niyə, nə səbəbə, kim üçün qoyulduğundan birxəbərik.

Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik? 

Lent.az elə burdan yola çıxaraq “Bizim küçələr” adlı rubrikasının növbəti yazısını təqdim edir. 

Bu dəfə tənqidçi, professor Mirəli Seyidovun adına verilən küçənin tarixindən danışacağıq. Həmin küçə Bakının Yasamal rayonunda yerləşir. 

Bəs, Mirəli Seyidov kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?

Mirəli Mirələkbər oğlu Seyidov 1918-ci il mayın 5-də Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olub. O, ilk təhsilini orada almış, daha sonra Bakıda S.Ağamalıoğlu adına hidromeliorasiya texnikumuna daxil olur. 1938-ci ildə texnikumu bitirən Mirəli Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil almağa başlayıb.

Həmin illər "Sovet Ermənistanı" qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili kimi çalışıb. 

Bundan sonra isə aralıqlarla, Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi (1953–1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960–1967), şöbə müdiri (1967–1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980–1988), ən sonda isə institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi kimi işləyib.

Mirəli Seyidov 1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olub. Və "Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)" mövzusunda məruzə edib.

Ədəbiyyata isə 1941-ci ildə "Sovet Ermənistanı" qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlayıb. Elə həmin dövrdən mətbuatda vaxtaşırı çıxışlar edib. 

1948-ci ildə Nəimə Həsənli qızı Hüseynova ilə ailə həyatı qurur. Ömür yolunun 60 ilini Nəimə ilə keçirən Mirəli 1983-cü ildə həyat yoldaşını itirir. Tənqidçinin Nəimə Hüseynovadan Elçin və Eldar adlı iki oğlu dünyaya gəlir. 

Hazırda Elçin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyir. Onun Anar, Nəimə, Mirəli və Azər adlı övladları vardır.

Digər oğlu Eldar isə hazırda Moskva şəhərində yaşayır. Onun isə Elgün və Anar adlı uşaqları dünyaya gəlib.

Mirəli Seyidov 1992-ci il aprelin 26-da Bakıda vəfat edib. O, paytaxtın II Fəxri xiyabanında dəfn olunub. Yaşadığı binanın divarına isə xatirə lövhəsi vurulub. Hazırda onun adını daşıyan Yasamal rayonunda küçə var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18180
avatar

Fidan İlqar

Oxşar yazılar