Bayram günlərində  40 nəfər   zəhərlənib - RƏSMİ
06 yanvar 2025 12:14 (UTC +04:00)

Bayram günlərində 40 nəfər zəhərlənib - RƏSMİ

Bayram tətili günlərində (2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 6-na qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub.

Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 10-u dəm qazı, 5-i allergik reaksiya, 2-si botulizm, 4-ü isə sirkə turşusundan zəhərlənənlərdir.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Oxşar yazılar