Bakının 3 rayonu qazsız qalacaq
12 sentyabr 2024 09:07 (UTC +04:00)

Bakının 3 rayonu qazsız qalacaq

Bu gün Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, Binəqədi rayonunun 8-ci mikrorayon, S.S.Axundov küçəsində siyirtmənin quraşdırılması, Yasamal rayonunun Hüseyn Cavid prospektində yeraltı qaz xəttində aşkarlanan sızmanın ləğv edilməsi, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və qaztənzimləyici şkafın yerinin dəyişdirilməsi məqsədi ilə sentyabrın 12-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Binəqədi rayonunun S.S.Axundov, İ.P.Dadaşov, 7-ci mikrorayon, 31266-cı məhəllə, Ş.Məmmədova küçələrinin, Yasamal rayonunun Hüseyn Cavid prospektinin bir hissəsinin, Sabunçu rayonunun Ləhic bağları adlanan yaşayış ərazisinin və Nardaran qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1389
avatar

Oxşar yazılar