Azərbaycanda Məhərrəmlik ayı  BU TARİXDƏ BAŞLAYACAQ
06 may 2024 12:38 (UTC +04:00)

Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ

Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb. 

Lent.az-ın bu barədə sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.

Bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 7-ə təsadüf edəcək:

"Bu il Məhərrəmlik ayının ilk günü iyulun 7-ə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı avqustun 7-ə təsadüf edəcək. İmam Hüseynin vəfatının 40-cı günü avqustun 24-ə düşür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 41997
avatar

Fidan İlqar

Oxşar yazılar