Azərbaycanda halal dərmanlar SATILACAQ
02 noyabr 2023 09:40 (UTC +04:00)

Azərbaycanda halal dərmanlar SATILACAQ

İqtisadiyyat Nazirliyi yanında Antiinhsiar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS OIC/SMIIC 50-1:2023 “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” dövlət standartı qəbul edilib. 

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur. Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək. 

Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə rəsmi qaydada razılaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6828
avatar

Arzu Qurbanlı

Oxşar yazılar