Azərbaycanda bu uşaqlara 6000 manat  birdəfəlik müavinət veriləcək
20 dekabr 2024 16:03 (UTC +04:00)

Azərbaycanda bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək

4

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzəldikləri zaman ödənilən birdəfəlik müavinətin məbləği 6000 (altı min) manat müəyyən edilib.

Lent.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli Qanununun tətbiqi barədə” Fərmanda əksini tapıb.

Bu Fərman 2024-cü il sentyabrın 15-dən tətbiq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
4
# 68592

Oxşar yazılar